enruaz
+(994) 50 322 27 27     info@cfs.az

BİZİM HAQQIMIZDA

Sizin mükəmməl loqistika partnyorunuz olan CFS ilə əməkdaşlıq edin
01.
Biz kimik
Böyük Britaniyada məskunlaşan, sərgilər üçün yük daşınması xidmətləri ilə tanınan “Meritex International Freight Services Ltd.” şirkətin mütəxəssisləri tərəfindən idarə olunan və Azərbaycanda qeydiyyatdan keçmiş və 2002-ci ildə təsis edilmiş “Caspian Freight Services” (CFS) şirkəti əvvəlcə ticarət nümayişləri və sərgilər üçün loqistika xidmətləri sahəsində ixtisaslaşmışdı, lakin bacarıq və təcrübə səviyyəsi artdıqca, şirkət həmçinin incəsənət, idman və canlı tədbirlər daxil olmaqla, digər sahələrdə də öz xidmətlərini təqdim etdi.
02.
Mükəmməl yerləşmə
2010-cu ildə biz yeni açılmış “Bakı Ekspo Mərkəzi”-ndə istifadəmizə verilən ofislərə köçmək həyacanını yaşadıq. Biz BEM üçün yerüstü yük qaldırma işləri üzrə podratçı müqaviləsini əldə etdik və bununla yanaşı müasirləşdirilmiş anbarların idarəçiliyini öz üzərimizə götürdük. Bunların hamısı bizi “Caspian Freight Services” şirkətinin həyatında olan yeni bir fəsilə gətirib çıxartdı.
03.
Böyük təcrübə
Son on il ərzində, “Caspian Freight Services” şirkəti, “Azərbaycan Dövlət İncəsənət Muzeyi”-ndə keçirilmiş “Victoria və Albert Muzeyi”-nin sərgisindən tutmuş regionda keçirilmiş ADEX-in ən böyük müdafiə sərgisinədək müxtəlif yüksək səviyyəli və nüfuzlu tədbirlərdə iştirak etmişdir. “Caspian Freight Services” şirkəti, “Meritex İnternational” şirkəti ilə birlikdə, ölkəmizdə keçirilən ən böyük və ən əhəmiyyətli idman tədbirlərindən olan “Bakı 2015 Avropa Oyunları” üçün yük daşınma xidmətlərin göstərilməsində də iştirak etmişdir. Biz, həmçinin “Mədəniyyət və Turizm Nazirliyi” və “Heydər Əliyev Fondu” ilə yaxından əməkdaşlıq edərək, Azərbaycana və Azərbaycandan kənara gözəl və müasir incəsənət əsərlərini daşımaq üzrə xidmət göstəririk.
04.
Anbar xidmətləri
“Bakı Ekspo Mərkəzi”-ndə istifadəmizə verilmiş incəsənət əsərləri üçün olan xüsusi saxlama məntəqəsi, dövlətimiz tərəfindən tikilib istifadəyə verilmişdir. Müasir saxlama məntəqəsi, sizin bütün anbarlaşdırma ilə bağlı tələbərinizə cavab verən təmiz və təhlükəsiz şərait təqdim edir.